Türkiyədə daha 8 məşhurun narkotik test nəticələri müsbət çıxıb

Bu gün, 11:44           
Türkiyədə daha 8 məşhurun narkotik test nəticələri müsbət çıxıb
Türkiyədə məşhur simalarla bağlı aparılan narkotik araşdırması çərçivəsində səkkiz nəfərin test nəticələrinin müsbət olduğu bildirilir.

"Haber Global" xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində götürülmüş nümunələrin araşdırılması nəticəsində Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Kenan Doğulu, Oğuzhan Beker, Ozan Doğulu, Tolga Çam və Yaşar İpekin narkotik vasitələrə dair testlərinin müsbət nəticə verdiyi iddia olunur.

Məlumata görə, istintaq çərçivəsində məşhur simaların da olduğu 23 şübhəli barəsində prosessual tədbirlər görülüb. Bildirilib ki, sosial şəbəkələrdəki paylaşımlar, eləcə də texniki və fiziki müşahidə nəticəsində müxtəlif cinayət əməlləri ilə bağlı sübutlar əldə olunub.

Araşdırma zamanı şübhəlilərdən Məhkəmə-Tibbi Ekspertiza Qurumunda qan və saç nümunələri götürülüb.

İstintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru