Tusk: ABŞ öz daimi bazasının Polşada yerləşdirilməsini istisna etmir

Bu gün, 17:24           
Tusk: ABŞ öz daimi bazasının Polşada yerləşdirilməsini istisna etmir
Varşava ABŞ-dən Polşada Birləşmiş Ştatların hərbi bazasının daimi yerləşdirilməsi məsələsi ilə bağlı müsbət siqnal alıb.

Bakupost.az Avropa bürosu xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Brüsseldə Avropa İttifaqının (Aİ) sammiti başlamazdan əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, o, ABŞ müdafiə nazirinin Polşada Amerika qoşunlarının daimi bazasının yerləşdirilməsi planlarına dair məktubunu böyük məmnuniyyətlə qarşılayıb. Baş nazir qeyd edib ki, bu məqsədlə infrastrukturun hazırlanması üzrə Polşa hakimiyyətinin atdığı addımlara Vaşinqtondan belə tez və müsbət reaksiya gözləmirdi.
Tusk vurğulayıb ki, yekun qərar hələ qəbul edilməyib və tərəflər əlavə detalları razılaşdırmalıdırlar. Lakin onun sözlərinə görə, Polşa ölkənin "təhlükəsizlik hissini radikal şəkildə dəyişəcək" təsdiqi almağa xeyli yaxınlaşıb.
Baş nazir Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın təşkilati işlərə və ABŞ tərəfi ilə qarşılıqlı fəaliyyətə verdiyi töhfəni qeyd edərək əlavə edib ki, o, bu məsələ üzrə danışıqların sürətləndirilməsinə ümid edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru