NATO müdafiə nazirləri razılığa gəldilər

Bu gün, 12:44           
NATO müdafiə nazirləri razılığa gəldilər
Şimali Atlantika Alyansının Nüvə Planlaşdırma Qrupunun (NPG) iclasından sonra yayımlanan bəyanata görə, NATO müdafiə nazirləri Brüsseldə keçirilən görüşdə Avropada nüvə silahlarından çəkindirmə qüvvələrinin modernləşdirilməsini davam etdirmək barədə razılığa gəliblər.

Xarici media yazır ki, NATO Nüvə Planlaşdırma Qrupunda iştirak edən müttəfiqlər NATO-nun nüvə missiyasını yerinə yetirmək və Alyansın birliyini və qətiyyətini nümayiş etdirmək üçün lazım olan resurslara, imkanlara və qüvvələrə investisiya qoymaqla kollektiv müdafiənin məsuliyyətlərini, risklərini və yükünü bölüşmək üçün davamlı öhdəliklərini təsdiqləyiblər.

Xarici media yazır ki, bu, NATO Nüvə Planlaşdırma Qrupuna daxil olan ölkələrin 19 il ərzində verdiyi ilk birgə bəyanat olub. /Trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru