FIFA Tuxelin şikayətindən sonra protokol qaydasını dəyişdi

Bu gün, 16:18           
FIFA Tuxelin şikayətindən sonra protokol qaydasını dəyişdi
FIFA milli himnlərin səsləndirilməsi zamanı fotoqrafların futbolçuların görünüşünü məhdudlaşdırmaması üçün yığmaların məşqçilər heyətinə meydanın yan xətti boyunca hərəkət etməyə icazə verib.

Bu barədə "The Times" nəşri məlumat yayıb.

Məlumata görə, bundan sonra məşqçilər heyətinin üzvləri fotoqrafların solunda və ya sağında dayanmaq hüququna malik olacaqlar. Bu dəyişiklik onların futbolçuları milli himn zamanı daha aydın şəkildə izləmələrinə imkan yaradacaq.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatında Xorvatiya ilə keçirilən və komandasının 4:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra bildirib ki, "50 fotoqrafdan ibarət divar" səbəbindən milli himnin ifası zamanı futbolçularını görə bilməyib və bunun həmin anın emosional təsirini qismən azaltdığını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru