DÇ-2026: İsveçrə - Bosniya və Herseqovina oyununda beş qol vuruldu - VİDEO

Bu gün, 10:37           
DÇ-2026: İsveçrə - Bosniya və Herseqovina oyununda beş qol vuruldu - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) B qrupunda İsveçrə və Bosniya və Herseqovina milliləri arasında 2-ci turun ilk oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, ABŞ-nin İnqlvud şəhərində baş tutmuş matç isveçrəlilərin qələbəsi ilə yekunlaşıb - 4:1.

İsveçrədən Yohan Manzabi 74 və 90-cı dəqiqələrdə fərqlənərək dubla imza atıb. Ruben Varqas 84-cü dəqiqədə, Qranit Caka isə 90+8-ci dəqiqədə penaltidən qol vuraraq İveçrənin böyükhesablı qələbəsini rəsmiləşdirib.

Bosniyalıların təsəlli qolunun (90+3-cü dəqiqədə) müəllifi Ermin Mahmiç olub Tarik Muharemoviç 80-ci dəqiqədə aldığı qırmızı vərəqə ilə Bosniya və Herseqovinanı azlıqda qoyub.

Xatırladaq ki, qrupun 1-ci turunda İsveçrə Qətərlə, Bosniya və Herseqovina isə Kanada ilə eyni hesabla (1:1) heç-heçə etmişdi.

Qeyd edək ki, bu gün saat 02:00-da isə Kanada və Qətər yığmaları da qarşılaşacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru