Tehranın ikiüzlü siyasəti: İşğala dəstək, sülhə etiraz - VİDEO

19-06-2026, 11:08           
Tehranın ikiüzlü siyasəti: İşğala dəstək, sülhə etiraz - VİDEO
İran son günlər həm diplomatik kanalları, həm də hökumətin nəzarətində olan media resurslarını işə salaraq Cənubi Qafqaz, xüsusən də Azərbaycanla bağlı növbəti açıqlamaları ilə diqqət çəkib.

Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Videomaterialda qeyd olunur ki, Tehranın hərbi-siyasi dairələri regionda formalaşan yeni geosiyasi reallıqlarla bağlı narahatlıqlarını müxtəlif bəyanatlarla ifadə edir. Bu kontekstdə İran rəsmilərinin "Bölgədə geosiyasi sərhədlərin dəyişməsinə imkan verməyəcəyik" məzmunlu fikirləri də xatırladılır.

Materialda həmçinin İranın Azərbaycandakı keçmiş səfiri, hazırda Prezident Administrasiyasının Protokol və rəsmi tədbirlər üzrə müavini Seyid Abbas Musəvinin "Qafqaz bizim evimizdir. Kənar qüvvələrin bura gəlişi sabitliyi pozur" fikirlərinə yer verilir.

Baku TV-nin təqdim etdiyi şərhdə bu mövqeyə tənqidi yanaşma sərgilənərək belə bir sual səsləndirilir: "Azərbaycan torpaqları 30 il ərzində işğal altında qalanda, məscidlər təhqir olunanda və şəhərlər dağıdılanda bu bölgə İranın "evi" sayılmırdımı?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru