DEVİD ROKFELLER.
Bu gün, 11:54

Nyu-York şəhərində anadan olan, təxminən 102 il ömür sürən, amerikalı maliyyəçi və investisiya bankiri, milyarder, Respublikaçılar Partiyasının üzvü, Harvard Universitetini bitirən DEVİD ROKFELLERİN (12.06.1915-20.03.2017) doğum günüdür.
Devid Rokfeller "Standart Oyl" şirkətinin əsasını qoyan amerikalı sahibkar, filantrop, 1916-cı ildə bəşəriyyət tarixində ilk rəsmi dollar milyarderi olan Con Devidson Rokfellerin nəvəsidir.
D. Rokfeller uzun müddət Müasir İncəsənət Muzeyi idarə heyətinin sədri olmuşdur. O, 90 yaşına qədər ofisə saat 10-da gəlmiş və 17-də getmişdir.
D. Rokfeller 2008-ci ildə Harvard Universitetinə 100 milyon dollar ianə etmişdir. Bu Universitet tarixində verilən ən böyük ianə idi.
Rasim Məmmədov
TEREF



