İcra başçısı Rafiq Quliyevin tabeliyindəki idarədə vergi SKANDALI: 3.8 milyon manatı ötdü
Bu gün, 15:08
Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) dövlət büdcəsinə olan vergi borcunun həcmi kəskin şəkildə artıb. "32gun.az"ın əldə etdiyi məlumata görə, rayonun mənzil-kommunal təsərrüfatı qurumunun vergi borcu hazırda astronomikal həddə — 3,828,419.75 AZN-ə çatıb. Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Çəpərxan oğlu Quliyevdir, milyonlarla manatlıq vergi borcu ilə gündəmə gələn Xətai Rayon MKTB-nin qanuni təmsilçisi və birliyin rəhbəri (rəisi) Fəxrəddin Məhəmməd oğlu Məmmədovdur.