“Paşinyan konstitusiyanı dəyişmir: əvəzində Azərbaycana…” – “Hraparak”dan sensasiya

Bu gün, 11:58           
“Paşinyan konstitusiyanı dəyişmir: əvəzində Azərbaycana…” –
“Ermənistan Baş naziri Nikol Paşinyan Qərbdəki himayədarları vasitəsilə rəsmi Bakını Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbindən imtina etməyə razı salmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Bildirilib ki, o bunun müqabilində eyni dərəcədə əhəmiyyətli addımlar atacağını vəd edir:

“Məsələn, ölkədə revanşizm ideyasını tamamilə aradan qaldırmağı təklif edir.

İyunun 7-də keçirilən seçkilərdən sonra konstitusion çoxluğu itirən Paşinyan qarşı tərəfi inandırmağa çalışır ki, alternativ yollarla konstitusiya referendumu keçirmək asan proses olmayacaq”.

Nəşrin yazdığına görə, Paşinyan bu məqsədlə uzunmüddətli həbslər tətbiq etməyə cəhd göstərə bilər:

“Söhbət keçmiş prezident Robert Köçəryan və digərlərindən gedir. Lakin hazırda aparılan danışıqlar hələlik konkret nəticə verməyib”.

“Hraparak” yazır ki, bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru