Şamxani Rəisiyə sui-qəsd cəhdini istisna etmir

13-10-2025, 15:08           
Şamxani Rəisiyə sui-qəsd cəhdini istisna etmir
İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Əli Şamxani sabiq prezident İbrahim Rəisinin ölümündə sui-qəsd cəhdini mümkün hesab edir.
Teref.net Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Sepah Pasdaran" Telegram kanalı məlumat yayıb.

Şamxaninin sözlərinə görə, 12 günlük müharibədən sonra yenidən sual yaranıb: Rəisinin qətlinin İsraillə əlaqəsi varmı?

"Müstəntiqlərin təhqiqatında prezidentin ölümündə heç bir xarici müdaxilə əlamətləri aşkar edilməyib. Bununla belə, istintaqın texniki imkanlarından kənar bir şeyin baş verdiyini də istisna etmək olmaz", - Ə.Şamxani qeyd edib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian 2024-cü il mayın 19-da Azərbaycan səfərindən geri dönərkən Şərqi Azərbaycan əyalətinin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru