Bu ölkədə bütün hökumət qurumları ləğv edildi

15-10-2025, 00:13           
Bu ölkədə bütün hökumət qurumları ləğv edildi
Madaqaskarda hakimiyyəti ələ keçirmiş hərbi qrup Konstitusiyanın fəaliyyətini dayandırdığını və keçid hakimiyyətinin formalaşdığını elan edib.

Ordunun Şəxsi İdarəetmə Korpusunun (CAPSAT) nümayəndəsi polkovnik Maykl Randrianarina başda olmaqla hərbçilər Antananarivonun mərkəzindəki keçmiş prezidentin iqamətgahı olan Ambuxitsuruxitra sarayını zəbt ediblər.

Saraydan milli radioda çıxış edən Randrianarina ölkənin 11 dekabr 2010-cu il tarixli hazırkı Konstitusiyasının fəaliyyətinin dayandırıldığını və keçid hakimiyyəti orqanlarının yaradıldığını açıqlayıb. Senat (parlamentin yuxarı palatası) və Ali Konstitusiya Məhkəməsinin də fəaliyyəti dayandırılıb. Yalnız Milli Assambleya (parlamentin aşağı palatası) fəaliyyətini davam etdirəcək. Polkovnik bildirib ki, bu addımlar xalqın demokratiyanın bərpası tələblərinə cavab olaraq həyata keçirilir.

Tezliklə Konstitusiya referendumu və yeni ümumi seçkilər elan ediləcək.

Həmçinin Maykl Randrianira yeni seçkilərin keçirilməsinə qədər iki il davam edəcək keçid dövrünün başladığını bəyan edib.

Xatırladaq ki, bundan əvvəl Milli Assambleya ölkə prezidenti Andri Radzuelinanın vəzifəsindən kənarlaşdırıldığını açıqlayıb.

Qiyamçı polkovnik bundan əvvəl keçmiş hökumətin təsis etdiyi bütün qurumların ləğv olunduğunu söyləmişdi.

Randrianarina yüksək vəzifələrə bütün təyinatların edildiyi Madaqaskar Silahlı Qüvvələrinin komandanlıq orqanı olan Quru Qoşunlarının Personal İdarəetmə Korpusunu (CAPSAT) təmsil edən etirazçılara dəstək verən bir qrup hərbi zabiti təmsil edir. 2009-cu ildə məhz bu qurumun dəstəyi Andri Radzuelinanı hakimiyyətə gətirmişdi. O, həmin vaxt müxalifətin lideri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru