Amerika böyük təbii fəlakət astanasında

15-10-2025, 12:14           
Amerika böyük təbii fəlakət astanasında
ABŞ-ı tarixinin ən dağıdıcı təbii fəlakəti gözləyə bilər. Elm adamlarının fikrincə, San-Andreas və Kaskadiya tektonik qırılma xətləri eyni vaxtda hərəkətə gələrsə, ölkənin qərb sahilindəki bir neçə şəhər tamamilə məhv ola bilər.

Bu barədə “The New York Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, Kaliforniyada yerləşən San-Andreas zəlzələ xətti dünyanın ən təhlükəli seysmik zonalarından hesab olunur. Lakin daha şimalda yerləşən Kaskadiya zonası — Kanadanın Vankuver adasından Şimali Kaliforniyaya qədər uzanan nəhəng subduksiya sahəsi — alimlər üçün daha ciddi narahatlıq doğurur.

Məlumatda qeyd olunur ki, Xuan-de-Fuka okean plitəsi Şimali Amerika plitəsinin altına doğru hərəkət edir və bu, nəhəng enerji toplanmasına səbəb olur.

Elm adamları hesab edirlər ki, Kaskadiya zonasında baş verən güclü zəlzələlər keçmişdə San-Andreas xəttini də aktivləşdirib.

Alimlərin qənaətinə görə, bu iki sistem bir-biri ilə əlaqəlidir və eyni anda baş verəcək zəlzələlər ABŞ-ın qərb sahilində yerləşən San-Fransisko, Sietl və Portlend kimi böyük şəhərləri tamamilə dağıda bilər.

“The New York Times” qeyd edir ki, belə bir ssenari müasir ABŞ tarixində ən böyük təbii fəlakət ola bilər və milyonlarla insanın həyatını təhlükə altına sala bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru