ABŞ Dövlət Departamenti: "Tramp səkkiz ay ərzində eyni sayda müharibəyə son qoyub"

15-10-2025, 15:45           
ABŞ Dövlət Departamenti: "Tramp səkkiz ay ərzində eyni sayda müharibəyə son qoyub"
ABŞ Dövlət Departamenti ölkə Prezidenti Donald Trampın səkkiz ayda səkkiz ayrı müharibəyə son qoyduğunu bəyan edib.

Bu barədə Dövlət Departamentinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından başqa, Trampın Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, Pakistan və Hindistan, Misir və Efiopiya, habelə İsraillə HƏMAS arasında münaqişəni bitirdiyinə dair siyahı təqdim olunub.

Dövlət Departamenti Trampı "sülh prezidenti" adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru