Makron Fransada ən populyar 50 siyasətçi reytinqinə düşə bilməyən ilk prezident oldu

15-10-2025, 16:58           
Makron Fransada ən populyar 50 siyasətçi reytinqinə düşə bilməyən ilk prezident oldu
Fransa Prezidenti Emmanuel Makron ölkənin ən populyar 50 siyasətçisi reytinqindən kənarda qalan ilk dövlət başçısı olub.

Müvafiq siyahını "Paris Match" jurnalı dərc edib.

Sorğuda iştirak edən 1 000 fransızın 78%-i Makronun prezident kimi fəaliyyətini mənfi qiymətləndirib. Beləliklə də, dövlət başçısı 50-ci yeri sentyabrda istefa verən baş nazir Fransua Bayruya uduzaraq reytinqdə 51-ci olub.

Jurnal qeyd edir ki, Makronun sələfləri Fransua Olland və Nikola Sarkozi heç vaxt 43-cü yerdən aşağı düşməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru