Mahmud Abbas Fələstin Konstitusiyasının hazırlanması ilə bağlı göstəriş verdi
15-10-2025, 17:06
Fələstin Prezidenti Mahmud Abbas üç ay ərzində milli Konstitusiyanın ilk layihəsinin hazırlanmasına göstəriş verib. Teleqraf xəbər verir ki, bu barədə onun xüsusi nümayəndəsi və keçmiş baş nazir (2019-2024) Məhəmməd Ştayye bildirib. “Mən həm də Konstitusiya layihəsini hazırlayan komitənin üzvüyəm. Prezident Fələstin konstitusiyasının ilk layihəsini tamamlamaq üçün bizə üç ay vaxt verib. Fələstin Muxtariyyətini Fələstin Dövlətinə çevirəcəyik”, - o qeyd edib.