ABŞ Çinə əlavə rüsumlar tətbiq edəcək

16-10-2025, 10:24           
ABŞ Çinə əlavə rüsumlar tətbiq edəcək
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ABŞ Çinin Rusiya neftinin alınmasına əlavə tariflər tətbiq etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Rusiyanın hərbi cəhətdən ayaqda qalmasının səbəblərindən biri Çinin bu ölkədən neft almasıdır. Çin Rusiya enerji resurslarının 60%-ni alır. Hətta İran neftinin 90%-ni alırlar", - Bessent deyib.

O vurğulayıb ki, Vaşinqtonun avropalı müttəfiqləri bu cür aksiyalarda iştirak etməyə hazır olmalıdırlar.

Amerikalı nazir əlavə edib ki, ABŞ Ukrayna hökuməti tərəfindən Ukraynaya hücum edən Rusiya PUA-larında Çinə aid hissələrin istifadə edildiyini göstərən fotoşəkilləri təqdim edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru