Roma Papasına at hədiyyə edildi

16-10-2025, 11:37           
Roma Papasına at hədiyyə edildi
Roma Papası XIV Leoya ağ at hədiyyə edilib.

Oxu.Az bildirir ki, bu barədə "ANSA" agentliyi məlumat verib.

Məlumata görə, "Proton" ləqəbli at Polşadan gəlib.

Hədiyyəni məhz kimin göndərdiyi ilə bağlı isə dəqiq məlumat verilmir. Bu, ənənəvi ümumi audensiya zamanı baş verib.

Qeyd edək ki, XIV Leo yaxşı atsürən kimi tanınır və Papanın müntəzəm səyahətə başladığı Kastel Qandolfodakı şəhərətrafı iqamətgahında bir neçə at saxlanılır.

Agentliyin bildirdiyi kimi, XIV Leo 20 ildən çox vaxt keçirdiyi Peruda missioner kimi ucqar kəndlərə getmək üçün atlardan nəqliyyat vasitəsi kimi istifadə edib.

Ənənəvi olaraq çərşənbə günləri Müqəddəs Pyotr meydanında və ya Pavel VI audensiya zalında keçirilən ümumi audensiya münasibətilə pontifiklərə maraqlı, böyük hədiyyələr verilməsi qeyri-adi deyil. Belə ki, indiki pontifikin sələfi Fransisk məşhur brendlərin avtomobil və motosikletlərini hədiyyə alıb. Bunlar bir qayda olaraq xeyriyyəçilik ehtiyaclarına sərf olunub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru