Finlandiyada 5 milyona yaxın insanın yerləşə biləcəyi 50 mindən çox bunker tikilib

16-10-2025, 17:18           
Finlandiyada 5 milyona yaxın insanın yerləşə biləcəyi 50 mindən çox bunker tikilib
Finlandiyada 50 mindən çox bunker tikilib, onlar eyni vaxtda ölkənin demək olar ki, bütün əhalisini qoruya bilər.

"Bild" nəşrinə istinadən xəbər verir ki, bütün bunkerlərdə ümumilikdə 4.8 milyon nəfər yerləşə bilər, hərçənd ölkə əhalisinin sayı isə 5.5 milyon nəfərdir.

20 metr dərinlikdə yerləşən bu bunkerlərdə hətta nüvə zərbəsi zamanı da sağ qalmaq mümkündür, lakin onlarda ərzaq ehtiyatı yoxdur, buna görə də hər bir şəxsin yanında 72 saatlıq qida ehtiyatı olmalıdır.

Qeyd olunur ki, Finlandiya 1939-1940-cı illər Qış müharibəsindən bəri bu konstruksiyaların inşasını dayandırmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru