Xalqımız müharibə ilə yaşamağa məhkumdur - Budanov
17-10-2025, 15:14
Ukrayna çətin ki, yaxın illərdə tam dinc həyata qayıtsın.
BVunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
Onun sözlərinə görə, Ukrayna əhalisi müharibə ab-havasında yaşamağa məcburdur:
"Cəmiyyətimiz dərk etməlidir ki, yaxın illərdə tamamilə dinc həyatın mövcud olması ehtimalı azdır. Hər an döyüşlərə hazır olmalıyıq. Biz bununla barışmalıyıq".