KİV: Çindən ABŞ-yə ağcaqanadlarla yayılan təhlükəli virus gətirilib

17-10-2025, 17:18           
KİV: Çindən ABŞ-yə ağcaqanadlarla yayılan təhlükəli virus gətirilib
Çindən ABŞ-yə ağcaqanad vasitəsilə çikunqunya qızdırması gətirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Nyu-York ştatının səhiyyə komissarı Ceyms Makdonald istinadla "Daily Mail" yazıb.

Hadisə Hempsteddə qeydə alınıb, 60 yaşlı qadın çikunqunya xəstəliyinə yoluxub. Qadının sözlərinə görə, o, ölkə hüdudlarından kənara çıxmayıb.

Bildirilib ki, ağcaqanadlarla yayılan çikunqunya əl və ayaq oynaqlarında güclü ağrılar yaradır və bir neçə ay müddətinə iflic vəziyyətinə gətirib çıxara bilir.

Qeyd edək ki, bu ilin əvvəlindən 16 ölkədə çikunqunyaya 317 mindən artıq yoluxma və 135 ölüm faktı qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru