Tramp “Tomahawk”ları iki yolla Ukraynaya köçürə bilər

19-10-2025, 09:21           
Tramp “Tomahawk”ları iki yolla Ukraynaya köçürə bilər
ABŞ-ın Kiyevə “Tomahawk” qanadlı raketlərini və əlaqəli buraxılış qurğularını ötürə biləcəyi iki ssenari var, lakin hər iki variantın effektivliyi aşağı qiymətləndirilir

Bu qənaətə amerikanın "The National Interest" analitik jurnalı gəlib.

Birinci ssenari Ukraynaya “Ticonderoga” sinfinə aid kreyserin pulsuz verilməsini nəzərdə tutur ki, bu da ekipajın əlavə təlimini tələb edir. Bununla belə, gəmi Qara dəniz sularına daxil olan kimi Rusiya Qara dəniz donanması onu dərhal aşkar edib məhv edə bilər. Məqalə müəllifləri hesab edirlər ki, istənilən halda gəmi raketləri buraxmağa imkan tapmadan batırıla bilər.

İkinci ssenari Kiyevə "Tomahawk" raketləri üçün yerüstü buraxılış komplekslərinin, xüsusilə "Mk 70" qurğularının verilməsini nəzərdə tutur. Bu sistem Ukrayna Silahlı Qüvvələrinin arsenalında olan texnika ilə inteqrasiya edilə bilər. Lakin jurnal qeyd edib ki, ABŞ-ın Ukraynaya verə biləcəyi raketlərin sayı — Britaniyanın "Storm Shadow" və Almaniyanın "Taurus" raketləri ilə birlikdə belə Rusiya Federasiyasının hərbi potensialı fonunda əhəmiyyətsiz görünür.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın "Tomahawk" raketlərinin tədarükü ilə bağlı qərarını şərh etmişdi. O bildirmişdi ki, Ağ Ev rəhbərliyindən raketlərin verilməsi ilə bağlı sorğuya dəqiq cavab verilməyib.
publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru