İsrailli nazir Netanyahudan Qəzzada döyüşləri bərpa etməyi tələb edib

20-10-2025, 00:03           
İsrailli nazir Netanyahudan Qəzzada döyüşləri bərpa etməyi tələb edib
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında tammiqyaslı hərbi əməliyyatların dərhal bərpa olunmasını istəyib.

Demokrat.az xəbər verir ki, bu barədə nazir özünün Telegram kanalında yazıb.

"Mən Baş naziri İsrail Müdafiə Qüvvələrinə Zolaqda hərbi əməliyyatları tam şəkildə bərpa etməyi əmr etməyə çağırıram. "HƏMAS"ın mövqeyini dəyişəcəyi, hətta gözlənildiyi kimi imzaladığı razılaşmaya sadiq qalacağına dair yalan illüziyalar bizim təhlükəsizliyimiz üçün təhdiddir", - Ben-Qvir bildirib.

Nazir həmçinin hərəkatın mümkün qədər tez tam məhv edilməsini istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru