Netanyahu orduya əmr verdi

20-10-2025, 00:09           
Netanyahu orduya əmr verdi
İsrailin Baş naziri Benyamin Netanyahu anklavın cənubunda baş verən atışma hadisəsindən sonra orduya Qəzzada radikallara qarşı qəti addımlar atmağı əmr edib.

Demokrat.az-ın məlumatına görə, bu barədə Baş nazirin kanselyariyası məlumat yayıb.

"HƏMAS-ın atəşkəsi pozmasından sonra baş nazir Netanyahu İsrailin müdafiə naziri İsrael Kats və yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparıb və Qəzza zolağında terrorçuların hədəflərinə qarşı qətiyyətli addımların atılmasına göstəriş verib", - bəyanatda deyilir.

Bundan əvvəl İsrail ordusu anklavın cənubundakı Rəfah şəhəri yaxınlığında yaraqlıları atəşkəsi kobud şəkildə pozmaqda ittiham edərək onlara hava zərbələri endirib.

Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında tammiqyaslı hərbi əməliyyatların dərhal bərpa olunmasını istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru