“Mövcud cəbhə xətti əsasında danışıqlara hazıram” - Zelenskidən AĞ BAYRAQ?

20-10-2025, 07:08           
“Mövcud cəbhə xətti əsasında danışıqlara hazıram” -
Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı cəbhə xətti əsasında təcili şəkildə sülh danışıqlarına başlamağa hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində danışıb.

“Əgər biz qarşıdurmanı dayandırmaq və diplomatik yolla sülh danışıqlarına başlamaq istəyiriksə, hərbi qüvvələr hansı mövqelərdə dayanıbsa, orada dayanmaq lazımdır”, - Ukrayna lideri deyib.

Zelenski əlavə edib ki, o, danışıqlara “istənilən formatda” hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru