Ukrayna dekabrda Aİ-yə üzvlük məsələsində irəliləyişə ümid edir

20-10-2025, 12:34           
Ukrayna dekabrda Aİ-yə üzvlük məsələsində irəliləyişə ümid edir
Ukrayna Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində bu ilin dekabrında irəliləyiş əldə etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Avropa və Avroatlantik inteqrasiya üzrə vitse-premyeri Taras Kaçka "Politico" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aİ liderləri dekabr görüşlərində üzvlük öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı altı klaster üzrə razılığa gələ bilərlər.

“Hazırlıq mərhələsini başa vurmaq və siyasi iradə nümayiş etdirilərsə, ilin sonuna qədər bütün klasterlər bağlana bilər,” - deyə Kaçka qeyd edib.

Vitse-premyer ümid edir ki, Aİ daxilində Ukraynanın üzvlüyünə qarşı çıxan Macarıstanın mövqeyi dəf ediləcək.

Macarıstan hökuməti isə dəfələrlə bəyan edib ki, Ukraynanın Aİ-yə tələsik qəbuluna qarşıdır, çünki bu, Avropa iqtisadiyyatına zərər vura və Rusiyayla birbaşa hərbi toqquşmaya səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru