Britaniyanın bir sıra hərbi bazalarını sındırdılar
20-10-2025, 10:24
Böyük Britaniyanın Müdafiə Nazirliyi rus hakerlərinin yüzlərlə məxfi hərbi sənədi oğurlayaraq darknetdə dərc etməsi ilə bağlı xəbərləri araşdırır.
"Bizimxeber" bildirir ki, bu barədə “The Mail On Sunday” tabloidi məlumat yayıb.
Tabloidin məlumatına görə, rus hakerləri Britaniya Müdafiə Nazirliyinin podratçısı Dodd Group-un sistemini sındırmaqla fayl anbarına giriş əldə ediblər. İddialara görə, fayllarda Britaniyanın səkkiz hərbi hava və dəniz bazasının təfərrüatları, həmçinin ölkənin Müdafiə Nazirliyinin əməkdaşlarının adları və e-poçt ünvanları var.
The Mail On Sunday-ın məlumatına görə, oğurlanmış sənədlərdə ABŞ-ın F-35 təyyarələrinin yerləşdiyi Suffolkdakı Lakenheath RAF bazası da daxil olmaqla bir sıra gizli hava qüvvələri və donanma bazaları haqqında məlumatlar var.