Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən

21-10-2025, 07:15           
Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən
ABŞ Prezidenti Donald Tramp İranın nüvə sənayesini məhv etdiyini düşünə bilər.

Yenixeber.org-un məlumatına görə, bu barədə İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi "X" səhifəsində yazıb.

Ali lider Donald Trampa ünvanlandığı ismarışda ABŞ Prezidentin İranın nüvə obyektlərini bombalamaqla fəxr etdiyini bildirib: "O, İslam Respublikasının nüvə sənayesini məhv etdiyini zənn edir".

Ayətullah Xamənei paylaşımında Donald Trampın bu "yanılmasını" vurğulayaraq qeyd edib: "Qoy, belə düşünməyə davam etsin".

Qeyd edək ki, Xamənei oktyabrın 20-də müxtəlif bilik və idman yarışlarının qalibləri ilə görüşüb. O, görüşdə Donald Trampın İsrailə səfəri zamanı səsləndirdiyi bəyanata münasibət bildirib. Xamənei deyib ki, Tramp "boş sözlər danışır" və "axmaq davranışlar sərgiləyir".

İranın ali rəhbəri bir aya yaxındır ictimaiyyət arasında görünmürdü. Bu, onun ilk çıxışı və görüşüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru