Fransızlar sərvətlərini ölkədən çıxarırlar

21-10-2025, 09:34           
Fransızlar sərvətlərini ölkədən çıxarırlar
Fransada siyasi qeyri-sabitliyin artması varlı ailələr və biznes nümayəndələri arasında narahatlıq yaradıb.

Sitat.info “Financial Times”a istinadən xəbər verir ki, bir çox fransalı iş adamı və imkanlı ailə üzvləri böyük məbləğdə vəsaitlərini Lüksemburq və İsveçrəyə yönəltməyə başlayıb.Aktivlərin idarə edilməsi üzrə “Scala Patrimoine” şirkətinin rəhbəri Giom Lukini bildirib ki, hazırda onların idarə etdiyi sərvətlərin əksəriyyəti artıq Fransanın hüdudlarından kənardadır. Onun sözlərinə görə, müştəriləri arasında həm sahibkarlar, həm də peşəkar idmançılar var.
Nəşrin məlumatına görə, hazırda Lüksemburqa maliyyə axını “dayanmadan davam edən proses” kimi xarakterizə olunur, İsveçrəyə də eyni istiqamətdə böyük həcmdə kapital köçürülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru