Tramp: ABŞ qoşunları Qəzzaya yerləşdirilməyəcək

21-10-2025, 12:34           
Tramp: ABŞ qoşunları Qəzzaya yerləşdirilməyəcək
ABŞ qoşunları Qəzzaya yerləşdirilməyəcək.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsraillə atəşkəs razılaşmasına əməl etmədiyi təqdirdə Qəzzada HƏMAS-ın kökünün kəsiləcəyi ilə bağlı açıqlamalarına dair suala cavabında deyib.

O, İsrailin Baş naziri Benyamin Netanyahuya atəşkəsi pozmağı və İsrail müdafiə qüvvələrinin HƏMAS üzvlərini məhv etməsini söyləmək səlahiyyətinə malik olduğunu bildirib.

"Mən ona deyə bilərəm ki, içəri gir və qaydaya sal. Lakin onlar çox yaxşı olacaqlar, yaxşı davranacaqlar, amma olmasa, biz gedəcəyik və onları kökündən siləcəyik”, - deyə Tramp əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru