Trampdan 200 milyon dollarlıq addım: "Ağ Ev"də qalmaqal

23-10-2025, 00:12           
Trampdan 200 milyon dollarlıq addım: "Ağ Ev"də qalmaqal
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə 650 nəfərlik, 200 milyon dollarlıq yeni bal zalının tikintisinə başlayıb. Layihənin əsas hissəsi Tramp tərəfindən maliyyələşdiriləcək, lakin anonim donorların hər biri 20 milyon dollara qədər ianə verə bilər.

KONKRET.az xəbər verir ki, potensial donorlar arasında Blackstone, OpenAI, Microsoft, Coinbase, Palantir, Lockheed Martin, Amazon və Google kimi iri şirkətlər, həmçinin NFL və futbol klublarının sahibləri iştirak edib.

Rəsmi açıqlamaya görə, indiyə qədər YouTube 22 milyon dollar töhfə verib.

Ağ Ev bildirir ki, tikinti vergi ödəyicilərinə aid deyil və gələcək administrasiyalar tərəfindən istifadə olunacaq.

Layihə həm də Trampın “Tramp tağı” adlandırdığı xüsusi tağ və dəbdəbəli dekorları ilə diqqət çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru