“ABŞ Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə vermir” –Tramp bəyanat verdi

23-10-2025, 15:44           
“ABŞ  Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə vermir” –Tramp bəyanat verdi
ABŞ Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə vermir.

Bu barədə prezident Tramp Ağ Evdə keçirdiyi brifində deyib

Tramp Tomaqavk raketləri haqqında danışıb: “Tomahawks-dan necə istifadə etməyi öyrənmək üçün ən azı altı ay lazımdır. Yeganə yol onları işə salmaqdır və biz bunu etməyəcəyik”.

“Ukrayna bizim raketlərimizdən istifadə etmir, Avropa raketlərindən istifadə edirlər. Mən buna nəzarət etmirəm”, – Tramp bildirib.

“Mən raketlərimizə nəzarət edirəm, onlar isə bizim raketlərimizdən istifadə etmirlər”, -deyə Tramp Wall Street Journal-da Rusiyaya zərbələr endirilməsi ilə bağlı məqaləni şərh edərkən əlavə edib.

Tramp “Wall Street Journal”da Ukraynanın Qərbin uzaqmənzilli raketlərindən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırması ilə bağlı məqaləsini saxta adlandırıb.

“Wall Street Journal-da ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verməsi ilə bağlı məqalə saxtadır” – ABŞ prezidenti vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru