Zelenski: Ukrayna özünün uzaqmənzilli silahlarından istifadə edə bilər

24-10-2025, 11:34           
Zelenski: Ukrayna özünün uzaqmənzilli silahlarından istifadə edə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun Kiyevə uzaqmənzilli silahlardan istifadə etməklə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsi ilə bağlı xəbərləri təkzib edib.

"Report"un məlumatına görə, o, bu barədə Brüsseldə Avropa Şurasında çıxışı zamanı bildirib.

"The Wall Street Journal" nəşrində ABŞ-nin uzaqmənzilli silahların istifadəsinə dair bütün məhdudiyyətlərin aradan qaldırıldığını iddia edən məlumatı şərh edən Zelenski qeyd edib ki, Ukrayna 150-3000 kilometr məsafədəki hədəfləri vura bilən öz uzaqmənzilli silahlarından
istifadə edə bilər.

O, Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün Amerikanın uzaqmənzilli sistemlərindən istifadə etmədiyini qeyd edib və ABŞ-nin Kiyevi "Tomahawk" raketləri ilə təmin edəcəyinə şübhə etdiyini bildirib.

"Biz belə uzaqlıqdakı hədəfləri vura biləcək müxtəlif növ silahlardan istifadə etmişik, lakin yalnız döyüş əməliyyatlarının aparıldığı ərazilərə zərbə endirmişik", - Ukrayna Prezidenti əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru