Rusiya Ruslan Süleymanovu “xarici agentlər” siyahısına saldı

25-10-2025, 09:44           
Rusiya Ruslan Süleymanovu “xarici agentlər” siyahısına saldı
Rusiya Azərbaycan vətəndaşı, şərqşünas Ruslan Süleymanovu “xarici agentlər” siyahısına daxil edib. O, Azərbaycan Diplomatik Akademiyası (ADA) və CBC-Azerbaijan telekanalı ilə əməkdaşlıq edir.

Tribunainfo.az xəbər verir ki, 2017-ci ildən 2022-ci ilə qədər Ruslan Süleymanov TASS xəbər agentliyində çalışıb. Rusiyanın Ukraynaya işğalı başladıqdan sonra etiraz olaraq agentliyi tərk edib.

O, həmçinin “Paxlava Production” kanalının müəllifidir.

Ruslan Süleymanov İnkişaf və Diplomatiya İnstitutunda müstəqil tədqiqatçıdır. O, Azərbaycan və onun regional və qlobal oyunçularla əməkdaşlığı haqqında çoxsaylı məqalələr yazıb. Onun atası Lökbatandan, anası isə İrkutskdandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]