Son 3 ildə ilk dəfə Rusiyanın hərbi istehsalı azaldı: 10 dəfə... - TƏFƏRRÜAT

25-10-2025, 09:29           
Son 3 ildə ilk dəfə Rusiyanın hərbi istehsalı azaldı: 10 dəfə... - TƏFƏRRÜAT
2022-ci ildən bəri ilk dəfə olaraq Rusiyanın hərbi-sənaye kompleksi gözlənilmədən zəifləyib.

Axar.az xəbər verir ki, bu barədə “Rosstat”ın məlumatında deyilir.

Bildirilir ki, müharibənin başlanğıcından bəri ilk dəfə olaraq hərbi-sənaye sektoru durğunlaşıb və ya daralıb. Bundan əvvəl bu sahə təxminən üç il ardıcıl olaraq ikirəqəmli artım tempi nümayiş etdirmişdi.

Məsələn, "digər nəqliyyat vasitələrinin" (tanklar və piyada döyüş maşınları da daxil olmaqla) istehsalı sentyabr ayında on dəfədən çox yavaşlayıb (avqustdakı 61,2%-ə qarşı 6%)

Analitiklər sözügedən statistikanı "şokedici" adlandırırlar. Sentyabr ayında Rusiyanın hərbi-sənaye kompleksinin artım tempi gözlənilmədən yavaşlamağa başlayıb - avqustdakı 2,4%-dən sentyabrda 0,4%-ə qədər.

Ekspertlər sənayenin ciddi problemlərinin büdcə məhdudiyyətləri ilə əlaqəli olduğunu irəli sürürlər.

Bundan əlavə, analitiklər ABŞ-ın yeni sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatına daha böyük zərbə vurulacağını və bunun Rusiyanın Hindistana neft satışında problemlərə səbəb olacağını proqnozlaşdırırlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]