ABŞ bu ölkənin prezidentinə sanksiya tətbiq etdi

25-10-2025, 10:04           
ABŞ bu ölkənin prezidentinə sanksiya tətbiq etdi
ABŞ administrasiyası Kolumbiya Prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Referans xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin bəyanatında deyilir.

Bu həftənin əvvəlində Petro “Univision”a müsahibəsində bildirib ki, dünya ya ABŞ prezidenti Donald Trampı dəyişməli, ya da ondan qurtulmalıdır.

Bu fikirlərə münasibət bildirən Tramp kolumbiyalı həmkarını “quldur və pis insan” adlandırıb və onu açıqlamalarında diqqətli olmağa, əks halda ABŞ administrasiyasının ciddi addım atacağını bildirib./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru