Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25-10-2025, 16:44           
Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq
Böyük Britaniya hökuməti məscidlərin və müsəlman dini mərkəzlərinin hücumlardan qorunması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə 10 milyon funt sterlinq (təxminən 13.3 milyon dollar) əlavə vəsait ayırmağı nəzərdə tutur.
Bu barədə Britaniya hökumətinin Mətbuat Xidmətinin məlumatında deyilir.

Məlumata görə, həmin vəsait videomüşahidə və siqnalizasiya sistemlərinin quraşdırılmasına, hasarların tikintisinə və mühafizə xidmətlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu, hökumətin ötən il məscidlərin təhlükəsizliyinin təmin edilməsinə ayırdığı 29.4 milyon funt sterlinq vəsaiti tamamlayacaq.

Qeyd edək ki, Baş nazir Kir Starmer vəsaitin ayrılması haqqında qərarını İngiltərənin Pisheyven şəhərinin məscidinə baş çəkdikdən sonra açıqlayıb. Xatırladaq ki, sözügüdən məscid oktyabrın əvvəllərində naməlum şəxslər tərəfindən yandırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]