ABŞ ilə Yaponiya süni intellekt və simsiz şəbəkələr sahəsində əməkdaşlığa imza atacaqlar

26-10-2025, 10:54           
ABŞ ilə Yaponiya süni intellekt və simsiz şəbəkələr sahəsində əməkdaşlığa imza atacaqlar
ABŞ ilə Yaponiya süni intellekt və simsiz şəbəkələr sahəsində əməkdaşlığa imza atacaqlarYaponiya və ABŞ süni intellekt və simsiz şəbəkələr, o cümlədən 6G sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırırlar.

Oxu.Az xəbər verir ki, bu barədə "Nikkei" nəşri yazıb.

Bildirilir ki, sənəd ABŞ Prezidenti Donald Trampın oktyabrın 27-29-da Yaponiyaya səfəri zamanı imzalanmalıdır. Saziş müvafiq texnologiyaların birgə ixracını və üçüncü ölkələrdə, ilk növbədə qlobal Cənubda infrastrukturun yaradılmasını nəzərdə tutur. ABŞ Prezidenti səfər çərçivəsində Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi ilə danışıqlar aparacaq, İmperator Naruhito tərəfindən qəbul ediləcək

Qəzetin yazdığına görə, ABŞ-Yaponiya razılaşmaları ilk növbədə Çinə qarşı mübarizəyə yönəlib.

Qeyd edək ki, bu, ikinci prezidentliyi dövründə Trampın Yaponiyaya ilk səfəridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru