Tarixə Elmin Dahi Səssiz Qəhrəmanı kimi düşən Nobel mükafatı laureatı Yan Cjen
27-10-2025, 10:14
Görkəmli Çin alimi, nəzəri fizik, statistik mexanika, kvant sahə nəzəriyyəsi, məşhur Yang–Mills nəzəriyyəsinin müəlliflərindən biri, 1957-ci il Fizika üzrə Nobel mükafatı laureatı Yan Cjen (Chen Ning Yang, 1922-2025) ötən gün 103 yaşında vəfat etdi. Nobel mükafatını alanda 35 yaşı vardı və o, Nobel laureatı statusunda ən uzun – 68 il yaşayan alimlərdən biridir. Yan Cjen tarixə Elmin Dahi Səssiz Qəhrəmanı kimi düşəcək… foto: 1950-ci illərdə ABŞ-da şəkilmiş bu şəkildə Yan Cjeni Nobel mükafatı laureatı Riçard Feynmanla görürük. İbrahim Nebioğlu