Orban Rusiya neftinə sanksiyaları Trampla müzakirə edəcək

28-10-2025, 08:44           
Orban Rusiya neftinə sanksiyaları Trampla müzakirə edəcək
Macarıstan hökuməti ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının ölkənin iqtisadiyyatına təsirini nəzərdən keçirmək niyyətindədir və bundan sonra baş nazir Viktor Orbanın ABŞ Prezidenti Donald Trampla vəziyyəti müzakirə etmək imkanı olacaq.

Moderator.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Bu həftə ABŞ sanksiyalarının dəqiq hüquqi və fiziki nəticələrini qiymətləndiririk. Lazım gələrsə, baş nazir gələn həftə Vaşinqtonda bu məsələni şəxsən müzakirə edə biləcək", - nazir söyləyib.

Daha əvvəl Orbanın tezliklə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcəyi bildirilmişdi. Siyartonun sözlərinə görə, Rusiyanın "Rosneft" və "Lukoyl" neft şirkətlərinə qarşı sanksiyaların Macarıstan iqtisadiyyatına potensial təsiri müzakirə ediləcək.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi oktyabrın 23-nə keçən gecə Rusiya neft ixracına qarşı əlavə sanksiyaların tətbiq olunduğunu elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru