"Lukoyl" sanksiyalar fonunda xarici aktivlərini satmağı planlaşdırır

28-10-2025, 15:44           
"Lukoyl" sanksiyalar fonunda xarici aktivlərini satmağı planlaşdırır
"Lukoyl" şirkəti Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən tətbiq olunan sanksiyalar fonunda xarici aktivlərini satmağı planlaşdırır.

"Report"un Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə neft şirkətinin bəyanatında bildirilib.

"PAO Lukoyl" bildirir ki, bir sıra dövlətlərin şirkətə və onun törəmə müəssisələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi ilə əlaqədar şirkət beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayır. Potensial alıcılardan müraciətlərin qəbuluna başlanılıb", – deyə məlumatda qeyd olunub.

Aktivlərin satışı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən fəaliyyətin dayandırılmasına dair verilmiş lisenziyaya uyğun şəkildə həyata keçirilir. Zərurət yarandığı halda, şirkət beynəlxalq aktivlərinin fasiləsiz işləməsini təmin etmək üçün lisenziyanın müddətinin uzadılması üçün müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, daha əvvəl ABŞ Maliyyə Nazirliyi "Rosneft" və "Lukoyl" neft hasilatı şirkətlərini, eləcə də bu şirkətlərin 34 törəmə qurumunu yeni sanksiya paketinə daxil edib. Oktyabr ayının ortalarında isə Böyük Britaniya da "Lukoyl"u sanksiya siyahısına əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]