NATO Litvaya ordu cəlb etməyə hazırdır -RƏSMİ

Dünən, 08:41           
NATO Litvaya ordu cəlb etməyə hazırdır -RƏSMİ
Litvada 2500 NATO əsgərinin iştirak etdiyi təlimlər başlayıb

NATO Litvanın hava məkanını pozan helium şarları ilə mübarizəsini tam dəstəkləyir, alyansın hava və quru qüvvələrini bu ölkəyə cəlb etməyə hazırdır.

Bunu NATO-nun baş katibi Mark Rutte X-də yazıb.

"Litva Prezidenti Gitanas Nauseda ilə Litva hava məkanındakı təhdidlər barədə danışdım. NATO hazırda İspaniya və Macarıstanı əhatə edən hava patrulu missiyası və Almaniyanın rəhbərlik etdiyi döyüş qrupu da daxil olmaqla, Litvaya dəstəyini qətiyyətlə davam etdirir", - Rutte yazıb.

Qeyd edək ki, Litva ölkə ərazisinə Belarusdan olan qaçaqmalçılar tərəfindən helium şarlarının buraxıldığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]