Dünyada İLK: Yerdən 350 metr yüksəklikdə olan stadion inşa ediləcək FOTO

Dünən, 08:42           
Dünyada İLK: Yerdən 350 metr yüksəklikdə olan stadion inşa ediləcək  FOTO
Səudiyyə Ərəbistanı 2034-cü il futbol üzrə dünya çempionatına möhtəşəm şəkildə hazırlaşır. Turnirin ən diqqətçəkən arenalarından biri NEOM şəhərində – səhradan 350 metr yüksəklikdə tikiləcək “səma stadionu” olacaq.

Musavat.com "parametric-architecture"yə istinadən xəbər verir ki, bu arena futuristik “The Line” layihəsinin bir hissəsi kimi inşa ediləcək və təxminən 1 milyard dollara başa gələcək. Tikintiyə 2027-ci ildə başlanacaq, 2032-ci ildə tamamlanması planlaşdırılır. Stadionun 46 min tamaşaçı tutumu olacaq və qrup mərhələsindən 1/4 finaladək oyunlara ev sahibliyi edəcək.

Stadionun xarici görünüşü güzgü səthlər, LED işıqlar və iti bucaqlı formalarla seçiləcək. Daxili hissə “arı pətəyi” formasında dizayn ediləcək ki, həm səs, həm də görünüş keyfiyyəti yüksək olsun.

Ən önəmlisi odur ki, stadion tamamilə bərpa olunan enerji ilə işləyəcək. Azarkeşlər ora elektrik nəqliyyatı ilə çatacaq, ətrafda isə təlim meydançaları, otellər və əyləncə zonaları olacaq. Layihənin məqsədi sıfır karbon emissiyası ilə innovativ və lüks mühit yaratmaqdır.

Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanı çempionat üçün 15 stadion hazırlayır. Onların səkkizi yeni tikiləcək, dördü isə yenidən qurulacaq. Ümumi investisiya 20 milyard dollardan çoxdur.

Əsas arenalar arasında:

Kral Salman Stadionu (Riyad) – açılış və final oyunları üçün;

Şahzadə Məhəmməd bin Salman Stadionu (Qiddiya) – qayalıq üzərində yerləşən, hərəkətli dam və meydançaya malik arena;

Aramco Stadionu (Əl-Xobar) – su burulğanı formasında dizayn olunacaq futuristik arena.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]