ABŞ-da 137 min dollara “Kryptos” şifrəsinin açarı satışa çıxarılıb

Dünən, 07:04           
ABŞ-da 137 min dollara “Kryptos” şifrəsinin açarı satışa çıxarılıb
ABŞ-da artıq 30 ildən çoxdur kriptoanalitiklər üçün sirl olaraq qalan məşhur “Kryptos” şifrəsinin mümkün açarı 137 min dollara satışa çıxarılıb.
32gun.az xəbər verir ki, bu barədə IFLScience nəşri məlumat yayıb.
“Kryptos” adlanan bu sirli şifrələmə əsəri Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Lenglidəki qərargahında yerləşir. O, 865 latın hərfi və dörd sual işarəsi həkk olunmuş mis lövhə şəklində hazırlanıb.

Şifrə 1990-cı ildə cızmaçı və heykəltəraş Cim Sənborna məxsusdur. O, şifrələmə sisteminin yaradılmasında Edvard Şeyd ilə birgə çalışıb. “Kryptos” dörd hissədən ibarətdir və bu hissələrin içərisində gizlədilmiş beşinci sirri ehtiva edir.

İlk üç hissə 1999-cu ildə proqramçı Cim Gillogly tərəfindən deşifrə edilib, baxmayaraq ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) bunu 7 il əvvəl bacarmışdı.

Məlum olub ki, müəlliflər Vijiner şifrəsindən istifadə ediblər. Hazırda əsas ekspertlərdən birinin səhhətinin pisləşməsi səbəbindən şifrənin açarının satışı barədə qərar qəbul edilib. Auksion 20 noyabra qədər davam edəcək.

Qalib alıcı yalnız “Kryptos”un tam cavabını deyil, həm də lövhənin prototipini və şifrələmə cədvəllərini əldə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]