Baydeni satqın adlandırdı

31-10-2025, 12:14           
Baydeni satqın adlandırdı
ABŞ Prezidenti Donald Tramp siyasi rəqibi və sabiq dövlət başçısı Co Baydeni hədəf alan növbəti qalmaqallı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Tramp “Truth Social” hesabında Baydeni “satqın” adlandıraraq onun həbs olunmalı olduğunu yazıb.

“Nəinki uğursuz, həm də iyrənc bir insandır. O, həm daxildən, həm də zahirdən çirkin bir adamdır”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də Baydeni Rusiyaya və Ukraynaya qarşı yürüdülən siyasətə görə ittiham etmişdi. O, dəfələrlə bəyan edib ki, əgər özü prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi heç vaxt başlamazdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru