Trampın yeni sülh planı... Ukrayna nə etməyə məcburdur?
12-12-2025, 10:14

ZN.UA mübahisəli planın yeni versiyasını nəzərdən keçirdiyini iddia edir. Sənəd dörd hissəyə bölünür, amma mahiyyəti sadədir: Ukraynaya təhlükəsizlik zəmanətləri və Aİ-yə üzvlük üçün sürətləndirilmiş qəbul müqabilində ağrılı kompromislər təklif olunur:
Ərazilər. ABŞ Rusiyanın Krım, LXR və DXR üzərində nəzarətini gücləndirməyi təklif edir. Statusun dəyişməsi ancaq diplomatiya yolu ilə mümkündür.
Donetsk vilayəti. Ərazinin təxminən 30%-ni əhatə edən demilitarizasiya zonası yaradılır. Ukrayna və Rusiya Silahlı Qüvvələri onun hüdudlarından kənara çəkilir.
Zaporojye və Xerson. Cari nəzarətin tanınması ilə cəbhə xətti dondurulur.
Rus qoşunlarının çıxarılması. Rusiya təyin olunmuş beş regiondan kənar bütün digər işğal olunmuş ərazilərdən çıxmağa borcludur.
NATO. ABŞ konkret olaraq bildirir: Alyans artıq genişlənmir və Ukraynanı dəvət etmir. Ukrayna ərazisində hər hansı NATO kontingentinin yerləşdirilməsi qadağandır.
Ukrayna Ordusu. İcazə verilən limit 800.000 hərbçiyə qədərdir.
Təhlükəsizlik. Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər alır, lakin onlar hüquqi qüvvəyə malik deyil.
Seçkilər. Müqavilə imzalandıqdan sonra onların “mümkün qədər tez” keçirilməsi tələb olunur.
Zaporojye Atom Elektrik Stansiyası. Stansiya Amerika operatorunun rəhbərliyi altında yenidən işə salınır. Ukrayna enerjinin 50%-ni alacaq.
AB. Plan Ukraynanın 2027-ci il yanvarın 1-dən Aİ-yə daxil olmasını nəzərdə tutur.
Rus aktivləri. ABŞ onları qismən dondurmaq istəyir. Pulun bir hissəsi Ukraynanın bərpasına, qalan hissəsi isə ABŞ-Rusiya layihələrinə yönəldilə bilər.
Dadash Ahmadli
TEREF

