İsrail bu ölkənin artan hərbi gücündən narahatdır

8-02-2026, 11:04           
İsrail bu ölkənin artan hərbi gücündən narahatdır
İsrailin Baş naziri Benyamin Netanyahu Misirin artan hərbi imkanlarından narahatdır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Maariv” qəzeti məlumat dərc edib.

Qəzetin məlumatına görə, baş nazir bu sözləri İsrail parlamentinin Xarici İşlər və Müdafiə Komitəsinin qapalı iclasında deyib.

Netanyahu qeyd edib ki, İsrail və Misir arasında diplomatik münasibətlər və ortaq maraqlar var, lakin onun fikrincə, Misir ordusu hazırda fəal şəkildə güclənir.

O, parlament üzvləri ilə görüşündə bildirib ki, “Biz bunu yaxından izləməli və çox ciddi artıma yol verməməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru