Banqladeşdə Nipah virusundan ilk ölüm hadisəsi qeydə alındı

8-02-2026, 11:54           
Banqladeşdə Nipah virusundan ilk ölüm hadisəsi qeydə alındı
Banqladeşdə Nipah virusundan ilk ölüm hadisəsi qeydə alınıb. Xəstəlik 40-50 yaşlarında qadının həyatına son qoyub.

"The Independent" qəzetinin verdiyi xəbərə görə, xəstə yanvar ayında qızdırma, şiddətli başağrısı, dezorientasiya və qıcolma simptomları ilə xəstəxanaya yerləşdirilib.

Müalicəyə baxmayaraq, onun vəziyyəti sürətlə pisləşib və bir həftə sonra vəfat edib. Nümunələrdə Nipah virusu yalnız ölümündən bir gün sonra aşkar edilib.

Qadın səyahət etməsə də, yoluxmuş yarasaların ifrazatı ilə çirklənmiş çiy xurma şirəsi içib. Qadınla təmasda olmuş 35 nəfərin hamısı tibbi müşahidə altındadır, indiyə qədər onların "Nipah" testi mənfi çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru