MiQ-lərin Ukraynaya verilməsi səhv idi - Pelleqrini
8-02-2026, 11:46
Lazımi əvəzedicilər olmadan MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsi Slovakiyanın müdafiə qabiliyyətini zəiflətdi.
Axar.az xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini deyib.
“Bu günə qədər Slovakiyanın o dövrdə MiQ-lərindən imtina etməsini səhv hesab edirəm. Heç bir başqa ölkə öz silahlarını təhvil verdikdən sonra yalnız qonşularının köməyinə güvənməli olacaq şəkildə hərəkət etməyib”, - Pelleqrini bildirib.