ABŞ-də dərmanlar ucuzlaşır - Tramp yeni saytını təqdim etdi

9-02-2026, 15:44           
ABŞ-də dərmanlar ucuzlaşır - Tramp yeni saytını təqdim etdi
ABŞ Prezidenti Donald Tramp reseptli dərmanların qiymətini azaltmaq üçün yeni hökumət platforması – TrumpRx.gov saytını istifadəyə verib.

TEREF E-saglam.az-a istinadən xəbər verir ki, Ağ Ev saytın administrasiya ilə xüsusi qiymət razılaşması əldə etmiş AstraZeneca, Eli Lilly, EMD Serono, Novo Nordisk və Pfizer şirkətlərinin 40-dan çox dərmanını təqdim etdiyini bildirib.

Sayt dərmanları birbaşa satmır, lakin istifadəçilərə dərman adını axtarmaq, endirim kuponu əldə etmək və onu apteklərdə təqdim etməklə daha aşağı qiymət ödəmək imkanı yaradır. Platformada Ozempic və Wegovy kimi populyar preparatlar da yer alıb.

Ağ Evə görə, layihə “dünyada ən aşağı dərman qiymətlərini təmin etmək” məqsədi daşıyır və amerikalı xəstələrə digər inkişaf etmiş ölkələrdəki səviyyədə ödəniş etməyə imkan verəcək. Administrasiya bu təşəbbüsü əczaçılıq şirkətlərinin yüksək qiymət siyasətinə qarşı addım kimi təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru