“Epşteyn qalmaqalı”nın daha bir qurbanı...

9-02-2026, 09:38           
“Epşteyn qalmaqalı”nın daha bir qurbanı...
Böyük Britaniya hökumətində baş verən kadr dəyişikliyi və maliyyəçi Ceffri Epşteynlə bağlı qalmaqal Londonun siyasi dairələrində xaosa səbəb olub.

Baş nazir Kir Starmerin aparat rəhbəri Morqan Maksvini bu gün vəzifəsindən istefa verdiyini açıqlayıb.

Nəşr yazır ki, sözügedən qərar Piter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi ilə bağlı yaranmış və “Mandelson qalmaqalı” kimi tanınan böhranın birbaşa nəticəsidir. Məlumata görə, Maksvini öz istefa məktubunda P. Mandelsonun diplomatik vəzifəyə təyin olunması üçün Baş nazirə verdiyi məsləhəti “səhv” adlandırıb və bu qərara görə tam məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Xatırladaq ki, ötən ilin fevralında səfir təyin edilən Mandelsonun 2025-ci ilin sentyabrında Epşteynlə məxfi məlumatları paylaşdığı və aralarında şübhəli maliyyə əməliyyatlarının (təxminən 75 min dollar) olduğu üzə çıxdıqdan sonra o, vəzifəsindən azad edilmişdi. Bundan əlavə, “Epşteyn faylları”nın dərcindən sonra belə bir keçmişi olan şəxsin mühüm diplomatik posta gətirilməsi hakim Leyboristlər partiyası daxilində Starmerə qarşı etimadı sarsıdıb.(“SkyNews”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru